• 12.05.2026 » 09:51

Sabirabadda zəncirvari qəza - 1 ölü, 5 yaralı

Sabirabadda zəncirvari qəza - 1 ölü, 5 yaralı © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Sabirabadxəbər” xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində baş verib.

Belə ki, “Mercedes Vito” markalı mikroavtobus, “VAZ 2109”, “Opel” və “Qazel” markalı avtomobillərlə toqquşub.

Qəzada “VAZ”ın sürücüsü, 1978-ci il təvəllüdlü Qaragüney sakini İbrahim Səxavət oğlu Qurbanov hadisə yerində ölüb.

Digər avtomobillərdə olan sərnişinlər - 2000-ci il təvəllüdlü Bəxtiyar Ələsgərov, 1990-cı il təvəllüdlü Xalidə Əhmədova, 1970-ci il təvəllüdlü Arifə Allahverdiyeva, 1975-ci il təvəllüdlü Emin Xudiyev, 1964-cü il təvəllüdlü Mürvət Turabov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva