• 10.04.2026 » 19:00

İki nəfərin ölümü, altı nəfərin yaralanmasına səbəb olan tələbəyə HÖKM OXUNDU

İki nəfərin ölümü, altı nəfərin yaralanmasına səbəb olan tələbəyə HÖKM OXUNDU © sabirabadxeber.az
Şrift ölçüsü:

İki nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində təqsirləndirilən tələbə Məhəmməd Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Sabirabadxəbər" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub, müttəhim 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Mingəçevir şəhərində baş verib.

Təqsirləndirilən şəxs - Mingəçevir sakini, 2004-cü il təvəllüdlü tələbə Məhəmməd boş vaxtlarında özünə məxsus VAZ-2107 markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olurmuş. O, hadisə günü gecə saatlarında sifariş arxasınca gedərkən yol-hərəkəti qaydalarını pozaraq qəfil yolun əks istiqamətinə çıxıb və Bakıdan Mingəçevirə sərnişin daşıyan "Mercedes-Vito" markalı nəqliyyat vasitəsilə toqquşub, mikroavtobus aşıb. Hadisə nəticəsində "Mercedes-Vito"nun sərnişini - Mingəçevir şəhər sakini 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva və onun 4 yaşlı oğlu Adəm Nəbiyev aldıqları xəsarətdən dünyasını dəyişiblər. Qəza zamanı mikroavtobusda olan digər 6 nəfər - 1973-cü il təvəllüdlü Teyyub Məhərrəmov, 1985-ci il təvəllüdlü Elgiz İsmayılov, 1980-ci il təvəllüdlü Əlizamin Musayev, 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1983-cü il təvəllüdlü Amil Nəbiyev və 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva xəsarət alıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva