• 09.11.2026 » 13:30

İmişlidə minik avtomobili yük maşını ilə toqquşdu - Ölənlər var

İmişlidə minik avtomobili yük maşını ilə toqquşdu - Ölənlər var © sabirabadxeber.az
Şrift ölçüsü:

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “DAF” markalı yük və “KİA” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qaldığ müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən qəza nəticəsində vəfat edən sürücünün (kişi cinsli) və sərnişinin (qadın cinsli) meyiti “KİA” markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva