• 26.04.2026 » 19:00

Bakıda ağır qəza - “Sprinter” “Shacman”la toqquşdu+Video

Bakıda ağır qəza - “Sprinter” “Shacman”la toqquşdu+Video © sabirabadxeber.az
Şrift ölçüsü:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.


“Sabirabadxəbər” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes Sprinter” və “Shacman” markalı avtomobillərin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.


Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə “Mercedes Sprinter” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Cavadov Orxan Əlicavad oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva