• 31.03.2026 » 19:59

Bakıda obyektdə partlayış - Video

Bakıda obyektdə partlayış - Video © sabirabadxeber.az
Şrift ölçüsü:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 May küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 20 kv.m. olan bərbərxanada yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış nəticəsində obyektə ziyan dəyib, 1 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva