• 03.02.2026 » 09:00

Göyçayda yanğın oldu

Göyçayda yanğın oldu © sabirabadxeber.az
Şrift ölçüsü:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay şəhəri, Atatürk prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının zirzəmisində baş vermiş yanğın genişlənməsinə, həmçinin mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın zirzəmi hissəsində 5kv.m. sahədə süngər tullantıları yanıb. Tüstünün təsirinə məruz qalmış mənzildən 2 nəfər təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva