• 09.11.2026 » 15:00

Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb

Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb © sabirabadxeber.az
Şrift ölçüsü:

Mingəçevirdə bıçaqlanma qeydə alınıb.

“Sabirabadxəbər”in əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb.

1999-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, hadisəni törətməkdə 1991-ci il təvəllüdlü Vüsal Kazımlı şübhəli bilinir. Onun Elgün Rzayevi mübahisə zamanı bıçaqladığı bildirilir.

Qeyd edək ki, yaralanan Elgün Rzayev Vətən müharibəsinin iştirakçısıdır.

Faktla bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı DİN-dən bildirilib ki, gecə saat 02:00 radələrində Mingəçevir şəhəri ərazisində bıçaqlanma olub. 27 yaşlı Elgün Rzayev kəsilmiş deşilmiş xəsarətlərlə xəstəxanaya müraciət edib.

Əməli törədən şəxsin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva