• 03.02.2026 » 10:43

Gəncədə qətlə yetirilən oğlan Vətən müharibəsi iştirakçısı imiş

Gəncədə qətlə yetirilən oğlan Vətən müharibəsi iştirakçısı imiş © sabirabadxeber.az
Şrift ölçüsü:

Xəbər verdiyimiz kimi, gecə saatlarında Gəncədə 25 yaşlı Röyal Məmmədov aldığı bıçaq xəsarətindən xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə, qətlə yetirilən R.Məmmədov Vətən müharibəsi iştirakçısı olub.

***

Gəncədə 24 yaşlı oğlanın öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə "Unikal"a Gəncə şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

***

Gəncədə gənc oğlanı qətlə yetirən şəxs tutulub.

"Sabirabadxəbər.az" "Unikal"a istinadən xəbər verirki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Murad Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

Fakt araşdırılır. 

***

Gəncədə bıçaqlanan 25 yaşlı gənc xəstəxanada ölüb.

"Sabirabadxəbər.az" ın bölgə müxbirinin məlumatına görə, əməliyyat zamanı həkimlərin bütün tibbi yardımlarına baxmayaraq 25 yaşlı R. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Artıq hadisə ilə bağlı araşdırmalara başlanılıb

***

Gəncədə 25 yaşlı oğlan kəsici alətdən xəsarət alıb.

""ın məlumatına görə, 2001-ci il təvəllüdlü R.Məmmədov kəsilmiş-deşilmiş xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Fakt araşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva