Haqqımızda

Sabirabadxeber.az informasiya portalı 27 yanvar 2026-cı il tarixində yaradılıb və həmin tarixdən etibarən fəaliyyət göstərir.

Sayt Sabirabad rayonu və ətraf bölgələrdə baş verən ictimai-siyasi, sosial, mədəni və digər aktual hadisələrin operativ şəkildə işıqlandırılmasını qarşısına məqsəd qoyub.

Portalın əsas fəaliyyət istiqamətlərinə yerli xəbərlərin hazırlanması, vətəndaş müraciət və şikayətlərinin ictimailəşdirilməsi, sosial problemlərin gündəmə gətirilməsi, eləcə də ictimai maraq doğuran məsələlərin araşdırılması daxildir. Sabirabadxeber.az bölgədə ictimai nəzarətin gücləndirilməsinə və vətəndaşların səsinin aidiyyəti qurumlara çatdırılmasına töhfə verməyi hədəfləyir.

Sayt fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna və jurnalist etikası prinsiplərinə riayət edir. Dərc olunan materiallarda operativlik, obyektivlik və dəqiqlik əsas götürülür.

Sabirabadxeber.az yerli xəbərlərlə yanaşı, ölkə gündəmi, rəsmi məlumatlar, müsahibələr, analitik yazılar və maarifləndirici materialların dərcini də həyata keçirir. Portalın məqsədi oxucuları doğru və etibarlı informasiya ilə təmin etmək, cəmiyyət üçün əhəmiyyətli mövzuları gündəmdə saxlamaqdır.

İnformasiya Portalında internet saytında "qaynar-xətt" fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var. "Sabirabadxeber.az"ın yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir.

Bizim komandanın üzvləri

Abdullayev İntiqam Malik oğlu

"Sabirabadxeber.az"-ın təsisçi Direktoru

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva