Şrift ölçüsü:
Çap et
"Sabirabadxəbər.az" xəbər verirki, Gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə Elçin Qiyasov Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Elçin Qiyasov bu təyinata qədər Mil-Muğan Regional Gənclər və İdman İdarəsində rəis müavini vəzifəsində çalışıb və bir müddətdir ki, rəis vəzifəsini icra edirdi.
Yeni təyinatın regionda gənclər və idman sahəsində fəaliyyətin daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.
Kopyalandı




