• 19.03.2026 » 15:07

2 nəfəri bıçaqlayan şəxs tutuldu

2 nəfəri bıçaqlayan şəxs tutuldu © sabirabadxeber.az
Şrift ölçüsü:

Bakının Xətai rayonu NZS qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

“Sabirabadxəbər” xəbər verir ki, naməlum şəxs 2 nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirib.

Yaralılar Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

Bildirilib ki, bıçaqlanan şəxslərdən 32 yaşlı V.Ağayev dalaşanları ayırmağa çalışırmış. O, 2 bıçaq yarası alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, martın 18-də Xətai rayonu ərazisində iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub:

“Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı Y.Qriqoryev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda faktla araşdırma aparılır”.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva