• 09.02.2026 » 16:27

Bakıda iki yeniyetməyə qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Bakıda iki yeniyetməyə qarşı soyğunçuluq edən şəxs saxlanılıb © sabirabadxeber.az
Şrift ölçüsü:

Nizami və Xətai rayonları ərazisində soyğunçuluq hadisələri qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda zərərçəkənlərin pul vəsaiti və iki ədəd mobil telefonunu açıq talama yolu ilə ələ keçirib.

Bu barədə  DİN-dən məlumat verilib.

"Sabirabadxəbər.az" xəbər verir ki , Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Vüsal Əzimov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, V.Əzimov dərsdən evə qayıdan iki yetkinlik yaşına çatmayan şəxsə yaxınlaşaraq onlardan guya yaşadığı binanın üçüncü mərtəbəsində yerləşən mənzildən ağır çantanı aşağı endirməyə kömək etmələrini xahiş edib. Daha sonra zərərçəkmişlərlə birlikdə binaya daxil olan V.Əzimov onların mobil telefonlarını və pullarını götürərək hadisə yerindən uzaqlaşıb. Onun soyğunçuluq əməli təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. V.Əzimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva