• Bu gün, 09:10

Qaradağda yük avtomobilləri toqquşdu - Sürücü sıxılı vəziyyətdə qaldı

Qaradağda yük avtomobilləri toqquşdu - Sürücü sıxılı vəziyyətdə qaldı © sabirabadxeber.az
Şrift ölçüsü:

Bakının Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində iki yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, “Mercedes” markalı yük avtomobili yol kənarında dayanan “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü avtomobildə sıxılı vəziyyətdə qalıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə avtomobildə sıxılı vəziyyətdə qalan 1971-ci il təvəllüdlü Talışov Elşən Firdovsi oğlunu xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva