Şrift ölçüsü:
Çap et
Kürdəmir rayonu, Xırdapay kəndində avtomobildə yanğın baş verib.
“Sabirabadxəbər” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Mercedes” markalı minik avtomobilinin mühərrikində baş vermiş yanğın digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
N.Səmədova
Kopyalandı



