• 24.03.2026 » 12:58

Mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var © sabirabadxeber.az
Şrift ölçüsü:

Ağstafada mikroavtobusla minik avtomobili toqquşub.

"Sabirabadxəbər" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "VAZ-2106" markalı minik maşını toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Qeyd edək ki, "Mercedes Vito"nun sürücüsü Ağstafa-Bakı marşrutu üzrə sərnişin daşıma fəaliyyəti ilə məşğul olurmuş.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva