• 24.01.2026 » 17:00

Neftçalada ağır qəza - Azyaşlı öldü, qardaşı xəsarət aldı

Neftçalada ağır qəza - Azyaşlı öldü, qardaşı xəsarət aldı © sabirabadxeber.az
Şrift ölçüsü:

Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


“Sabirabadxəbər”in məlumatına görə, qəza rayonun Aşağı Surra kəndi ərazisində qeydə alınıb.


Belə ki, “Mercedes Sprinter” və “VAZ 2106” markalı avtomobillər toqquşub. Qəza zamanı “VAZ 2106”da olan Neftçala sakini, 2011-ci il təvəllüdlü Ələkbərov Murad Sabir oğlu ağır xəsarət alıb.


Azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun 16 yaşlı qardaşı isə müxtəlif bədən xəsarətləri ilə Neftçala Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətinin stabil olduğu bildirilir.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva