• 14.03.2026 » 11:10

Minik və yük avtomobilləri toqquşub, ölən var

Minik və yük avtomobilləri toqquşub, ölən var © sabirabadxeber.az
Şrift ölçüsü:

Bərdədə yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb.


"Sabirabadxəbər" "Report"un Qarabağ bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Yevlax-Bərdə avtomobil yolunun Bərdənin Gərənə kəndi ərazisindən keçən hissəsində baş verib.


Rayon sakini, 2005-ci il təvəllüdlü Yadigar Rəhimov idarə etdiyi "VAZ-2106" markalı, 09-BK-349 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən "KAMAZ" markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində "VAZ"ın sürücüsü Y.Rəhimov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.


Faktla bağlı araşdırma aparılır.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva