• 13.02.2026 » 11:58

İran vətəndaşı Azərbaycanda qəzaya düşdü

İran vətəndaşı Azərbaycanda qəzaya düşdü © sabirabadxeber.az
Şrift ölçüsü:

Ələt-Astara avtomobil yolunda yük avtomobilinin aşması ilə nəticələnən qəza baş verib.

"Sabirabadxəbər.az"  xəbər verir ki, qəzanı əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ faktı təsdiqləyib.

Bildirilib ki, hadisə fevralın 12-də saat 16:00-da Ələt-Astara yolunun 131-ci kilometrliyində qeydə alınıb.

"1985-ci il təvəllüdlü, İran vətəndaşı Səid Atakişi Tacbəxş DAF markalı, 77 JE 401 dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır", - məlumatda vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva