• 08.02.2026 » 22:00

Hərbçilərimiz qəzaya düşdü - Ölən və yaralananlar var

Hərbçilərimiz qəzaya düşdü - Ölən və yaralananlar var © sabirabadxeber.az
Şrift ölçüsü:

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.


"Sabirabadxəbər" in bölgə müxbirinin məlumatına görə, hadisə Zəyəm-Sabirkənd yolunda qeydə alınıb. Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Şükürlü Sucəddin Tacəddin oğlunun idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sərnişini - İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Mustafayev Altun Vəfadar oğlu hadisə yerində ölüb.


Sürücü və sərnişinlər - Quba rayon sakini, 1994-cü il təvəllüdlü Qurbanov Samir Eyvaz oğlu və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Əsgərov Namiq Vüqar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.


Qeyd edək ki, qəzaya düşənlər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularıdır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva