• 29.01.2026 » 10:51

Samuxda yol qəzası

Samuxda  yol qəzası © sabirabadxeber.az
Şrift ölçüsü:
"Sabirabadxəbər.az" xəbər verirki,sükan arxasında mobil telefondan istifadə daha bir insanın həyatına son qoydu.
Samux rayon sakini Rəşid Məmmədov idarə etdiyi “QAZel” markalı mikroavtobusla istixanada çalışan həmkəndlilərini işə apararkən diqqətinin mobil telefona yönəlməsi səbəbindən nəqliyyat vasitəsinə nəzarəti itirib. Avtomobilin yoldan çıxaraq aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı 26 yaşlı sərnişin Vüqar Əsgərov hadisə yerində həyatını itirib.
Məlumata görə, V.Əsgərovun atası da bir müddət əvvəl yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Baş verən bu faciə sükan arxasında diqqəti yayındıran hərəkətlərin nə qədər ağır və geri dönməz nəticələrə səbəb olduğunu bir daha açıq şəkildə göstərir. Mobil telefondan istifadə sürücünün reaksiyasını və idarəetmə imkanlarını kəskin şəkildə məhdudlaşdırır, nəticədə nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasını mümkünsüz edir.
Sürücülər nəzərə almalıdırlar ki, nəqliyyat vasitəsini idarə edərkən diqqətsizlik sadəcə qayda pozuntusu deyil, insan həyatına birbaşa təhlükə yaradan ciddi məsuliyyətsizlikdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva