• 05.02.2026 » 13:43

Xaçmazda qatarla maşın toqquşdu - Sürücü öldü

Xaçmazda qatarla maşın toqquşdu - Sürücü öldü © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu gün saat 09:45 radələrində Xaçmaz-Qusarçay sahəsində minik avtomobili dəmiryol keçidindən keçid qaydalarını pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən "Sabirabadxəbər.az" a bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Minik avtomobilinin sürücüsü xəstəxanaya aparılıb.

Hadisə nəticəsində dəmiryol infrastrukturuna zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

"ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

 Yenilənib 

Xaçmazda qatar ilə  avtomobil toqquşub.

"Sabirabadxəbər.az" xəbər verir ki, rayonun Nərəcan kəndində dəmir yolu keçidində "VAZ"markalı avtomobili hərəkətdə olan qatar vurub. 

Avtomobilin sürücüsü Xaçmaz rayon Ağtala kənd sakini, 2004-cü il təvəllüdlü Çələbiyev Səid İlham oğlu qəza zamanı ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva