• 11.02.2026 » 16:37

İmişlidə iki avtomobil toqquşdu, biri aşdı - Xəsarət alanlar var

İmişlidə iki avtomobil toqquşdu, biri aşdı - Xəsarət alanlar var © sabirabadxeber.az
Şrift ölçüsü:

İmişli rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sabirabadxəbər.az" xəbər verir ki, hadisə avtomobil yolunun rayonun Qaralar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İmişli şəhər sakini 1986-cı il təvəllüdlü Cavad Bəxtiyar oğlu Cavadzadənin idarə etdiyi “Hyundai” markalı avtomobillə İmişli rayonunun Xəlfəli kənd sakini 1991-ci il təvəllüdlü Baba Əli oğlu Ağayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alanlar - İmişli rayonunun Xəlfəli kənd sakinləri 1996-cı il təvəllüdlü T.Ağayeva, 2014-cü il təvəllüdlü Z.Ağayeva, 2019-cu il təvəllüdlü M.Ağayeva İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva