Şrift ölçüsü:
Çap et
🟢 Saatlı rayonunda “Uşaq tərbiyəsi milli-mənəvi dəyərlər kontekstində” mövzusunda tədbir keçirilib.
📆 Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun, Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunun və DQİDK-nin Mil-Muğan regional bölməsinin birgə təşkilatçılığı ilə Saatlı rayonu Rasim Səfərov adına Qara Nuru kənd tam orta ümumtəhsil məktəbində “Uşaq tərbiyəsi milli-mənəvi dəyərlər kontekstində” mövzusunda tədbir keçirilib.
🔊 Çıxışlarda bildirilib ki, Azərbaycanda uşaqlara diqqət və qayğı, onların yüksək səviyyədə tərbiyəsi, layiqli vətəndaş olaraq böyüməsi milli-mənəvi dəyərlərimizdə mühüm yer tutur. Azərbaycan Republikasının Konstitusiyasında da vurğulandığı kimi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək, ilk növbədə, valideynlərin borcudur. Hər bir valideyn anlamalıdır ki, uşaqların mənəviyyatına xələl gətirən hərəkətlər ilk növbədə onların tərbiyəsinə və bir vətəndaş kimi formalaşmasına mənfi təsiri barədə məlumat verilib.
Kopyalandı










