• 08.04.2026 » 16:35

Salyanda “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilmişdir

Salyanda “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilmişdir © sabirabadxeber.az
Şrift ölçüsü:

Salyanda “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilmişdir. 


"Sabirabadxəbər" xəbər verir ki, 08 aprel 2026-cı il tarixində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun, Salyan Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun və Salyan Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Salyan Olimpiya İdman Kompleksində rayon tam orta ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyununun Salyan rayon birinciliyi keçirilmişdir. 

✅ Tədbirdə Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun müdiri Elmar Əbilov və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, Salyan Rayon İcra Hakimiyyətinin ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhərrəm Məmmədov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayon üzrə Təhsil sektorunun nümayəndəsi Emin Məlikov, Salyan Olimpiya İdman Kompleksinin direktoru Aqil Şirinov, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin şöbə rəisi Anar Sadıqov və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin kadrlar üzrə zabiti Seyidhüseyn Məcidov, Salyan rayonunun tam orta ümumtəhsil məktəblərinin komandaları və hərbi rəhbərləri iştirak etmişdir.

📌 Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra tədbirdə çıxış edənlər bildirdilər ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına geniş cəlb etmək, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir. Sonra yarışa start verildi. Gərgin mübarizə şəraitində keçən yarışın yekununda, hər mərhələ üzrə təyin edilmiş hakimlər tərəfindən qiymətləndirmələr aparıldıqdan sonra qaliblər elan edildi.

✅ Yekun nəticədə III yeri Sarvan kənd tam orta ümumtəhsil məktəbinin komandası, II yeri Xalac kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası, I yeri Salyan şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası qazandı. Qalib və fərqlənmiş komandalar Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildilər. 




Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva