Şrift ölçüsü:
Çap et
“Böyük Qayıdışın Qəhrəmanları” layihəsi çərçivəsində Sabirabad Peşə Liseyi və “Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə şəhid Şahlar Cəfərovun əziz xatirəsinə həsr olunmuş anım görüşü keçirilib. 🇦🇿
Görüşdə Şahlar Cəfərovun həyat yolu, hərbi fəaliyyəti və Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan bəhs edilib. Onun 2020-ci il oktyabrın 20-də Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu qeyd olunub.
Çıxışlarda şəhidimizin Vətən qarşısında göstərdiyi şücaətin və qəhrəmanlığın gənc nəslə örnək olduğu vurğulanıb, onun əziz xatirəsi ehtiramla yad edilib. 🕊️
Şahlar Cəfərov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Anım görüşündə gənclərlə Vətən müharibəsi, şəhidlərimizin həyat yolu və onların göstərdiyi qəhrəmanlıq barədə fikir mübadiləsi aparılıb. 🇦🇿
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!
Kopyalandı



