• Bu gün, 10:18

Kürdəmirdə müşavirə keçirildi - Fotolar

Kürdəmirdə müşavirə keçirildi - Fotolar © sabirabadxeber.az
Şrift ölçüsü:

Kürdəmirdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib.

“Sabirabadxəbər” xəbər verir ki, müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri və partiya fəalları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, rayonumuzda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, Ağsaqqallar Şurasının və Ziyalılar Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Müşavirə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələrinin birdəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Elşən Həsənli yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilən VIII Qurultayda Prezidentin ölkənin gələcək inkişafına hesablanmış proqram xarakterli çıxışında xalqımızın milli maraqlarına söykənən strateji hədəflərdən, təhlükəsizlikdən və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrdən danışıb.

E.Həsənli dövlət başçısının bəyanatlarından irəli gələrək hər birimizin üzərinə böyük bir vəzifənin düşdüyünü vurğulayıb və hər kəsin öz sahəsində bilik və bacarıqlarını xalqımızın rifahı və gələcəyi üçün əsirgəməməli olduğunu bildirib.

Digər çıxış edənlərin nitqlərində ideoloji təhlükəsizliyin müasir dövrün əsas çağırışlarından biri olduğu vurğulanıb, bu istiqamətdə təhsilin və vətənpərvərlik tərbiyəsinin mühüm rolu qeyd edilib.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva