12.02.2026 - cı il tarixində Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı Nəsimikənd ərazi partiya təşkilatında hesabat seçki yığıncağı keçirilib.
"Sabirabadxəbər.az" xəbər verir ki, Hesabat-seçki yığıncağına Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov giriş sözü ilə çıxış edərək partiya üzvlərini salamlayıb və iclasın gündəliyi haqda məlumat verib. E.Əzizov qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvə kimi dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, sabitliyin qorunması və inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində mühüm rol oynayır. Bu uğurların təməlində isə partiya üzvlərinin birliyi, təşkilatçılığı və yüksək siyasi fəallığı dayanır. Bu baxımdan ərazi partiya təşkilatlarının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Nəsimikənd Ərazi Partiya Təşkilatının sədr müavini Yaşar Bayraqdarov görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, Ərazi Partiya Təşkilatı hesabat dövrü ərzində üzvlərlə işin təşkili, partiya nizam-intizamının möhkəmləndirilməsi, ictimai-siyasi proseslərdə fəal iştirak və Yeni Azərbaycan Partiyasının ideya-siyasi xəttinin təbliği istiqamətində ardıcıl fəaliyyət göstərmişdir. Saatlı rayon təşkilatının tapşırıqları vaxtında və məsuliyyətlə icra olunmuş, keçirilən tədbirlərdə üzvlərimizin fəallığı təmin edilmişdir.
Hesabat-seçki yığıncağında çıxış edən Məlikşah Qəhrəmanov, Dursun Şükriyev, Əhməd Vasibov və başqaları çıxışlarında ərazi partiya təşkilatının ötən dövr ərzində partiya üzvləri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, təşkilati işin gücləndirilməsi istiqamətində gördüyü işlər qeyd olunub. Ərazi partiya təşkilatı partiyanın proqram və nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərmişdir.
Çıxışlardan sonra digər məsələ ərazi partiya təşkilatına yeni sədrin və müavinin seçilməsi olub. Ərazi partiya təşkilatına sədr və sədr müavini səsvermə yolu ilə seçilmişdir. Nəsimikənd ərazi partiya təşkilatının sədri Yaşar Huruşanov, müavin isə Yaşar Bayraqdarov seçilmişdir.
Yeni seçilmiş sədr Yaşar Huruşanov çıxış edərək göstərilən etimada görə minnətdarlığını bildirdi, partiya ideologiyasına sadiqliklərini və üzvlərin fəallığının artırılması üçün səylərini əsirgəməyəcəyini xüsusi vurğuladı.
Sonda YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov seçilən sədr və sədr müavinini təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.









