• 15.10.2026 » 10:29

YAP Sabirabad şəhər 6 saylı ərazi partiya təşkilatında Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışına həsr olunmuş tədbir keçirilib

YAP Sabirabad şəhər 6 saylı ərazi partiya təşkilatında Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışına həsr olunmuş tədbir keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

YAP Sabirabad şəhər 6 saylı ərazi partiya təşkilatında "Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışı" barədə tədbir keçirilib
​Bu gün Yeni Azərbaycan Partiyası Sabirabad şəhər 6 saylı ərazi partiya təşkilatında partiyanın sədri, cənab Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı tarixi çıxışının mahiyyətinə və əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib.
​Tədbir müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş əziz şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
​Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədr müavini Daşqın Şixəliyev bildirib ki, cənab Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı proqram xarakterli çıxışı partiyanın gələcək inkişaf istiqamətlərini və dövlətimizin strateji hədəflərini müəyyənləşdirən mühüm yol xəritəsidir. O vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfər və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri hər bir partiya fəalının üzərinə böyük məsuliyyət qoyur.
​YAP Sabirabad rayon təşkilatının əməkdaşı Tural Hüseynzadə öz çıxışında dövlət başçısının qurultayda irəli sürdüyü mühüm tezislərə diqqət çəkərək, gənclərin və partiya üzvlərinin ölkənin ictimai-siyasi həyatında, eləcə də milli həmrəyliyin möhkəmləndirilməsində fəal iştirakının vacibliyini qeyd edib.
​Daha sonra çıxış edən partiya fəalları Etibar Həsənov, Elxan Xəlilov və Dürdanə Şükürova Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisindəki aparıcı rolundan bəhs ediblər. Natiqlər cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti həmişəki kimi bundan sonra da fəal şəkildə dəstəkləyəcəklərini, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq qarşıya qoyulan vəzifələrin icrasında əzmlə çalışacaqlarını bildiriblər.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva