• 24.03.2026 » 15:49

Qəzada ölən sürücü qazi imiş - Video

Qəzada ölən sürücü qazi imiş - Video © sabirabadxeber.az
Şrift ölçüsü:

Ötən gün Ağcabədidə baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.

“Sabirabadxəbər" bildirirki,  qəzada həlak olan qəsəbə sakini 1987-ci il təvəllüdlü Ələsgərov Şaiq Tofiq oğlu qazi olub. 

Qeyd edək ki, onun idarə etdiyi “Mercedes” markalı avtomobil ilə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun sürdüyü “Hyundai” markalı nəqliyyat vasitəsi toqquşub.

Hadisə nəticəsində “Mercedes”in sürücüsü, qazi Ələsgərov Şaiq Tofiq oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər sürücü B.İsmayılov isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hazırda onun müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva