Şrift ölçüsü:
Çap et
Ağcabədidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Sabirabadxəbər" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü qəsəbə sakini Şaiq Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun idarə etdiyi “Hyundai” toqquşub.
Hadisə nəticəsində Ş. Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər sürücü B. İsmayılov isə ağır vəziyyətdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
N.Quliyeva
Kopyalandı





