• 15.03.2026 » 11:30

Ağcabədidə ağır QƏZA - Xəsarət alanlar var

Ağcabədidə ağır QƏZA - Xəsarət alanlar var © sabirabadxeber.az
Şrift ölçüsü:

Ağcabədi rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Sabirabadxəbər" xəbər verir ki, hadisə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.


İki avtomobilin toqquşması nəticəsində Rövşən İsmayılov, Eldəniz Əbülfət, Saya Mehralızadə və Gülüm Mehralıyeva xəsarət alıblar.


Toqquşmanın təsirindən Rövşən İsmayılovun idarə etdiyi VAZ-2106 markalı avtomobil yol kənarındakı dərəyə aşıb.


Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva