• 28.02.2026 » 10:41

İsmayıllıda zəncirvari qəza - Ölən və yaralananlar var

İsmayıllıda zəncirvari qəza - Ölən və yaralananlar var © sabirabadxeber.az
Şrift ölçüsü:

İsmayıllıda 3 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Sabirabadxəbər.az“ Qafqazinfo”  istinadən xəbər verir ki, ağır qəza İsmayıllı-Qəbələ yolunda qeydə alınıb.

Qəza zamanı “VAZ 21011”, “Ford” və “Hyundai” markalı avtomobillər toqquşub.

İdarəetmədən çıxan “Hyundai” markalı avtomobil əvvəlcə “VAZ 21011”ə, daha sonra “Ford”a çırpılıb. Nəticədə “Vaz 21011”də olan 2 nəfər hadisə yerində ölüb. Həmçinin “Ford” markalı avtomobilin sürücüsü ilə sərnişinləri xəsarət alıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Qəzanın görüntülərini təqdim edirik:

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva