• 10.02.2026 » 20:27

Şamaxıda ağır yol qəzası olub, ölən var

Şamaxıda ağır yol qəzası olub, ölən var © sabirabadxeber.az
Şrift ölçüsü:

Şamaxı rayonunda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü ilə nəticələnib.


“Sabirabadxəbər.az” ın məlumatına görə, qəza bu gün səhər saatlarında Bakı–Şamaxı avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.


“Niva” markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində nəqliyyat vasitəsində olan 66 yaşlı sərnişin Qabil Sərkərov ağır xəsarətlər alıb. Yaralı təcili xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva