• 08.02.2026 » 09:07

Sunami”nin yerə çırpılma anı

Sunami”nin yerə çırpılma anı © sabirabadxeber.az
Şrift ölçüsü:

Hindistanın Haryana ştatının Faridabad şəhərində keçirilən Surajkund yarmarkasında baş verən ağır qəza nəticəsində bir polis əməkdaşı həyatını itirib, 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

“Sabirabadxəbər.az” xəbər verir ki, polisin məlumatına görə, şənbə günü axşam saatlarında “Sunami” adlı iri attraksion havada olarkən sıradan çıxaraq yerə çırpılıb.

Qəza zamanı attraksionda 15-ə yaxın insanın olduğu bildirilir.

Həlak olan şəxs yarmarkada xidmət aparan Palval Polis İdarəsinin əməkdaşı, polis müfəttişi Caqdiş Prasad olub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlər onun yolda həyatını itirdiyini bildiriblər. Məlumata görə, Caqdiş Prasad mart ayında təqaüdə çıxmalı idi.

Rəsmi açıqlamada qeyd olunub ki, polis müfəttişi insanları xilas etməyə çalışarkən böyük cəsarət göstərib, lakin bu zaman üz və baş nahiyəsindən ağır xəsarətlər alıb.

Qəzadan dərhal sonra yarmarka ərazisi boşaldılıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva