• 24.03.2026 » 13:42

Yol qəzasında maşın aşdı ər-arvad xəsarət alıb - FOTO

Yol qəzasında maşın aşdı ər-arvad xəsarət alıb - FOTO © sabirabadxeber.az
Şrift ölçüsü:

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sabirabadxəbər" məlumat verir ki, APA-nın cənub bürosunun verdiyi xəbərə görə, avtoqəza yeni Ələt–Astara magistralının 161-ci km-də, Lənkəran rayonun Girdəni kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Faiq Məmmədlinin idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil idarəetməni itirib. Nəqliyyat vasitəsi magistraldan çıxaraq yol kənarındakı su kanalının üzərində aşıb və əkin sahəsinə düşüb. Qəza nəticəsində sürücü və həyat yoldaşı 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Xanım Məmmədli xəsarət alıblar. Xəsarət alanlar deformasiyaya uğrayan avtomobildən çıxarılıb. Onlar təcili tibbi yardım tərəfindən Lənkəran xəstəxanasına hospitalizasiya olunublar. Qadın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva