• 23.03.2026 » 08:29

Yol qəzasında 6 qohum xəsarət aldı - FOTO

Yol qəzasında 6 qohum xəsarət aldı - FOTO © sabirabadxeber.az
Şrift ölçüsü:

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 "Sabirabadxəbər" bildiririki, Cənub bürosunun məlumatına əsasən, qəza rayonun Qurumba kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran şəhəri istiqamətində hərəkətdə olan “Audi Q7” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb. Daha sonra nəqliyyat vasitəsi suötürücü kanala aşıb.

Hadisə nəticəsində avtomobildə olan 6 nəfər – yaxın qohumlar xəsarət alıb. Yaralananlar 1953-cü il təvəllüdlü Yelena Qurbanova, 2019-cu il təvəllüdlü R. Qurbanov, 1981-ci il təvəllüdlü Ruslan Qurbanov, 2014-cü il təvəllüdlü F. Qurbanov, 1988-ci il təvəllüdlü Günel Qurbanova və 1973-cü il təvəllüdlü Maya Hüseynovadır.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva