• 18.03.2026 » 08:05

Avtomobil ağaca çırpıldı, ölən və xəsarət alan var

Avtomobil ağaca çırpıldı, ölən və xəsarət alan var © sabirabadxeber.az
Şrift ölçüsü:

Ağdam rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sabirabadxəbər" xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində qeydə alınıb.

Belə ki, KIA markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan Cavid Əli oğlu Musayev və İlkin Zamiq oğlu Abdullazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həkimlərin müdaxiləsinə baxmayaraq, Cavid Musayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva