• 09.03.2026 » 13:29

Samuxda maşın aşdı, yaralananlar var

Samuxda maşın aşdı, yaralananlar var © sabirabadxeber.az
Şrift ölçüsü:

Samuxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"SABİRABADXƏBƏR" xəbər verir ki, qəza rayonun Sərkar kəndinin yaxınlığında qeydə alınıb.

Rayon sakini, 1991-ci il təvəllüdlü N.Məmmədov idarə etdiyi "Khazar" markalı minik maşını ilə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı sürücü və avtomobillin iki sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin kafi, sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva