• 26.04.2026 » 10:50

Salyanda qəza - Ölən var

Salyanda qəza - Ölən var © sabirabadxeber.az
Şrift ölçüsü:

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sabirabadxəbər" xəbər verir ki, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ” markalı minik avtomobili yol kənarında dayanmış “Qazel” markalı yük avtomobilinə çırpılıb. Qəza zamanı “Qazel”in yanında olan kənd sakini, 1986-cı il təvəllüdlü Feyzullayev Ruslan Mərdan oğlu iki avtomobilin arasında qalaraq ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib. Piyada aldığı ağır xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva