• 24.03.2026 » 21:03

Salyanda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var

Salyanda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var © sabirabadxeber.az
Şrift ölçüsü:

Salyanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.


"Sabirabadxəbər" "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Quyçu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı minik avtomobili "Mercedes Ateko" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində VAZ-2107 markalı avtomobildə olanlar - Salyan rayon sakinləri - 1986-cı il təvəllüdlü Zaur Elxan oğlu Ramazanov, 1981-ci il təvəllüdlü Zamin Hilal oğlu Həsənov və 1984-cü il təvəllüdlü Pərvin Siyasət oğlu İslamov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva