Şrift ölçüsü:
Çap et
Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qalaqayın kəndində qeydə alınıb. Belə ki, “10-OE-968” dövlət nömrə nişanlı VAZ-2105 markalı minik avtomobili ilə “90-GT-292” nömrəli Mercedes-Benz yük avtomobili toqquşub.
Qəza nəticəsində VAZ markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub və yaralıya ilkin Sabirabad rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı






