• 25.03.2026 » 17:00

Biləsuvarda baş verən qəzada 4 nəfər xəsarət alıb

Biləsuvarda baş verən qəzada 4 nəfər xəsarət alıb © sabirabadxeber.az
Şrift ölçüsü:
Ələt–Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
"Sabirabadxəbər" xəbər verir ki, hadisə “Mercedes” və “Rexton” markalı avtomobillərin iştirakı ilə qeydə alınıb. Qəza zamanı “Rexton”da olan Qubadlı rayonu sakinləri – 3 nəfər xəsarət alıb və onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
“Mercedes”də olan bir nəfər isə topuq nahiyəsindən zədə alıb. Yaralıya ilkin tibbi yardım göstərilməsi üçün o, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Məlumata görə, hər iki avtomobil Astara istiqamətində hərəkətdə olub. Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva