Şrift ölçüsü:
Çap et
Sabirabad rayonunda şəhər məktəbləri arasında şahmat üzrə turnir keçirilib.
22 oktyabr 2026-cı il tarixində Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad şəhəri M.Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində şəhər məktəbləri arasında şahmat üzrə turnir keçirilib.
Oyununun nəticəsinə əsasən:
🥇 I yer – Sabirabad şəhəri M.Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi - Əhmədov Süleyman
🥈 II yer – Sabirabad şəhəri M.Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi - Əlizadə Davud
🥉 III yer – Sabirabad şəhəri N. Gəncvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi - Vəlizadə Amin
Sonda qaliblər Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.
Kopyalandı










