"Sabirabadxəbər" xəbər verir ki, ♟️Salyan rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş şahmat idman növü üzrə rayon birinciliyinə yekun vurulmuşdur
📍13-16 aprel 2026-cı il tarixlərində Salyan Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun, Salyan Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Salyan Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin və Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş şahmat idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
17 aprel tarixində şahmat idman növü üzrə rayon birinciliyinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun müdiri Elmar Əbilov, Salyan Rayon İcra Hakimiyyətinin ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Emin Ağayev, Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatının məsləhətçisi Vüqar Ağayev və Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Salyan Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Bilal Ələkbərov birinciliyin qaliblərini təbrik etdilər və onlara uğurlar arzuladılar. Sonda birinciliyin qalibləri Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildilər

















