Şrift ölçüsü:
Çap et
🏅 Ölkəmizdə təşkil olunan "Respublika Məktəblilərinin İdman Olimpiadası" uğurla başa çatıb.
----
21–26 iyun tarixlərində Bakı şəhərində keçirilən Respublika Məktəblilərinin İdman Olimpiadasında respublikanın bütün bölgələrindən 59 komanda və 2000-dən çox idmançı iştirak edib. Yarışların rəsmi açılış mərasimi 20 iyun tarixində Bakı Kristal Zalında baş tutub.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri olimpiadada uğurla çıxış edərək yüksək nəticələr əldə ediblər.
🥉 Sərbəst güləş üzrə
* Əliyev Harun – 57 kq çəki dərəcəsində III yer (Salyan rayonu Uşaq-Gənclər İdman və Şahmat Məktəbinin şagirdi)
* Abdullazadə Turan – 48 kq çəki dərəcəsində III yer (Biləsuvar rayonu Uşaq-Gənclər İdman və Şahmat Məktəbinin şagirdi)
🥉 Boks üzrə
* Həbibli Yusif Anar oğlu – 75 kq çəki dərəcəsində III yer, bürünc medal (Biləsuvar rayonu Uşaq-Gənclər İdman və Şahmat Məktəbinin şagirdi)
* Bağırov Akif Əlipaşa oğlu – 46 kq çəki dərəcəsində III yer (Neftçala rayonu Uşaq-Gənclər İdman və Şahmat Məktəbinin şagirdi)
Şagirdlərimizi qazandıqları uğurlar münasibətilə səmimi qəlbdən təbrik edir, onlara növbəti yarışlarda daha böyük nailiyyətlər və yeni qələbələr arzulayırıq!
Kopyalandı










