Şrift ölçüsü:
Çap et
Sabirabadda şahmat üzrə rayon turniri keçirilib
"Sabirabadxəbər" məlumat verir ki, “Aprel döyüşlərinin 10-cu ildönümü”nə həsr olunmuş Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və Sabirabad UGİŞM-in birgə təşkilatçılığı ilə şahmat üzrə rayon turniri keçirilib.
♟️ Yarışın keçirilməsində əsas məqsəd rayonda şahmat idman növünün uşaqlar, gənclər və böyüklər arasında təbliği, eləcə də kütləviliyinin artırılmasıdır.
🎉 Yarışda 40 şahmatçı iştirak edərək öz zehni bacarıqlarını nümayiş etdirib. Qaliblər Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.
📸 Sonda iştirakçılarla birlikdə xatirə şəkli çəkdirilib.
Kopyalandı


















