Cüdo idman növü üzrə region birinciliyi keçirilib
"Sabirabadxəbər.az" xəbər verirki, 🥋 Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində yeniyetmə, gənc oğlan və qızlar arasında cüdo idman növü üzrə region birinciliyi keçirilib.
🎗 Sabirabad Cüdo təlim mərkəzində keçirilən tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
🗣 Rəsmi hissədə çıxış edən Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Vüqar Kərimov idmançıları salamlamış və onlara uğurlar arzulayıb.
Yarışda 80-ə yaxın cüdoçu arasında 10 çəki dərəcəsində qaliblər bəlli olub. I, II, III yerlərin sahibləri diplom və medallarla təltif ediliblər.
📌 Yarışın əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, cüdoçuların yarış təcrübəsinin artırmaq, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.


















