• 17.03.2026 » 15:00

Sabirabadda Müəllimlər arasında şahmat yarışı keçirilib

Sabirabadda Müəllimlər arasında şahmat yarışı keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" məlumat verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə ümumtəhsil müəssiələrində çalışan müəllimlər arasında şahmat yarışı keçirilmişdir.

Yarışın keçirilməsində əsas məqsəd müəllimlər arasında intellektual idman növlərinə marağın artırılması, asudə vaxtın səmərəli təşkili və kollektivlər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsidir.

Tədbir zamanı iştirakçılar şahmat üzrə bilik və bacarıqlarını nümayiş etdirərək maraqlı və gərgin mübarizə aparıblar. Yarışın sonunda qalib və fərqlənən iştirakçılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, bu cür tədbirlər Ulu Öndərin zəngin irsinin təbliği, onun ideyalarının yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.

 

N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva