• Bu gün, 10:50

"Mingəçevir Reqatası-2026" turnirində Azərbaycan komandasından böyük uğur - FOTO

"Mingəçevir Reqatası-2026" turnirində Azərbaycan komandasından böyük uğur - FOTO © sabirabadxeber.az
Şrift ölçüsü:

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) birgə təşkilatçılığı ilə keçirilən “Mingəçevir Reqatası-2026” beynəlxalq turniri başa çatıb. Reqatanın son günündə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində idmançılar 11 dəst medal uğrunda mübarizə aparıblar.

"Sabirabadxəbər"
xəbər verir ki, Azərbaycan komandasında qızıl medalları 2 nəfərlik kayak qayığında 200 metr məsafədə (2008-2009) Tengiz Qaqnidze – Qiyas Əhmədov, 1 nəfərlik kayak qayığında 500 metr məsafədə (2010-2011) Mustafa Vəlizadə və 1 nəfərlik kayakda 500 metr məsafədə (2008-2009) Əlimurad Hacızadə qazanıblar.

Gümüş medala akademik avarçəkmə üzrə 2 nəfərlik qayıqda 1500 metr məsafədə (2008-2009) Azər İlyasov – İsabala Dadaşzadə layiq görülüblər. Qiyas Əhmədov (2008-2009) 1 nəfərlik kayak qayığında 500 metr məsafədə ikinci olub. Elmir Tarverdiyev – Mustafa Vəlizadə (2010-2011) 2 nəfərlik kayak qayığında 500 metr məsafədə fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.

2 nəfərlik kayak qayığında 200 metr məsafədə (2010-2011) Maqsud Mantaşev – Nizami Kərimov, eyni növdə fərqli yaş kateqoriyasında (2008-2009) Mikayıl Vəliyev – Sabir Ağayev, 1 nəfərlik kanoe qayığında 500 metr məsafədə (2008-2009) Hüseyn Səmədli, akademik növdə 2 nəfərlik qayıqda 1500 metr məsafədə (2008-2009) İsmayıl Şirinov – Tunar Məmmədzadə, 1 nəfərlik kayak qayığında 500 metr məsafədə (2008-2009) Tengiz Qaqnidze bürünc medal qazanıblar.

Bununla da Azərbaycan komandası reqatanı 7 qızıl, 5 gümüş və 10 bürünc medalla tamamlayıb.

Yekun nəticələrə əsasən kayak və kanoe növündə Özbəkistan 8 qızıl, 4 gümüş, 1 bürünc medalla kubokun sahibi olub. Azərbaycan 6 qızıl, 4 gümüş, 8 bürünclə ikinci, Ukrayna 2 qızıl, 1 gümüş medalla 3-cü yeri tutub.

Akademik avarçəkmədə də kuboku Özbəkistan qazanıb – 2 qızıl, 2 gümüş, 2 bürünc. Azərbaycan 1 qızıl, 1 gümüş, 2 bürünclə bu növdə də ikinci yerdə qərarlaşıb. İlk üçlüyü 1 qızılla Gürcüstan qapayıb.

Xatırladaq ki, “Mingəçevir Reqatası-2026” sentyabrın 29-da Füzulidə yerləşən Köndələn su anbarında start götürüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva