Şrift ölçüsü:
Çap et
Saatlıda məktəblilər arasında minifutbol idman növü üzrə turnir keçirilib
✅️ Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun və Saatlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Saatlı Olimpiya İdman Kompleksində məktəbli oğlanlar arasında minifutbol idman növü üzrə rayon turniri keçirilib.
⚽️ Yarışın keçirilməsində məqsəd futbol idman növünün məktəblilər arasında inkişaf etdirilməsi və kütləviliyinə nail olunması, idmanın bu növünə marağının artırılması, sağlam həyat tərzinin təbliği və perspektivli şagirdlərin üzə çıxarılması olub.
🎉 Müvafiq olaraq I, II və III yerləri tutan komandalar Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.
#Gənclərİdman #MilMuğanRGİİ #birkimibirlikdə #SaatlıGİS
Kopyalandı







